"Lomonosov adına turnir"
Beynəlxalq Olimpiadası _________________________________________________________
"Lomonosov adına turnir" Beynəlxalq Olimpiadası riyaziyyat, fizika, astronomiya və Yer haqqında elmlər, kimya, biologiya, tarix, dilçilik, ədəbiyyat fənnləri üzrə hər il keçirilən çox mövzulu olimpiadadır.
Olimpiadanın məqsədi — iştirakçılara düşünmək üçün material təqdim etmək və elm sahələrinə maraq göstərənləri bu işə həvəsləndirməkdir.
Ölkəmizdə keçirilən turnirdə Azərbaycan və Rus bölmələrində təhsil alan 6-11-ci sinif şagirdləri riyaziyyat, kimya və fizika fənləri üzrə iştirak edə bilərlər. Tapşırıqlar onlayn formatda yerinə yetiriləcək.
Lomonosov adına turnirin əsas üstünlüklərindən biri - qaliblərinə Rusiya Federasiyasının ali təhsil müəssisələrində güzəştli təhsil almaq imkanı verməsidir.
- Birinci tur iyun ayının 5-də Dərs Evi TIIM-in dəstəyi ilə keçiriləcək. Hər iki bölmədən ən yüksək bal toplayan şagirdlər sponsorlardan hədiyyələr və mükafatlar qazanacaqlar. Birinci turun nəticələrinə əsasən mükafatlandırma mərasimi 21 iyun tarixində saat 12:00-da onlayn keçiriləcəkdir.
- Turnirin ikinci mərhələsi 2020-ci ilin sentyabr ayında nəzərdə tutulur, sonuncu mərhələ isə 2021-ci ildə Moskva şəhərində keçiriləcəkdir.
- Finalın qalibləri beynəlxalq sertifikatlarla təltif olunacaqlar.
Lomonosov adına turnir Rusiya Federasiyasından əlavə İsveçrə, Avstriya, Rumıniya, Moldova, Qazaxıstan, Belorussiya kimi ölkələrdə də keçirilir.
Olimpiadanın təşkilatçıları:
- Moskva Fasiləsiz Riyazi Təhsil Mərkəzi,
- M.V. Lomonosov adına Moskva Dövlət Universiteti,
- Moskva ş. Təhsil departamentinin Moskva Açıq Təhsil İnstitutu,
- Rusiya Elmlər Akademiyası,
- Moskva Aviasiya İnstitutu (Dövlət Texniki Universiteti),
- STANKIN Moskva Dövlət Texnolologiya Universiteti.
Qeydiyyat üçün aşağıdakı formanı doldurmaq kifayətdir.